Saakaşvili: Nənəm Stalini xilas etmişdi, o isə…

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
11:44
1173
Saakaşvili: Nənəm Stalini xilas etmişdi, o isə…

Gürcüstanın  sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru  Mixail Saakşvili bəyan edib ki, onun ulu nənəsi  vaxtı ilə İosif Stalinin həyatını xilas edib. FaktXeber.com-un məlumatına görə, bu barədə o, özünün Facebook səhifəsində yazıb.

«Mənim ulu nənəm Tamara  Stalinin əlindən tutaraq, dövrünün zəngin sənayeçisi olan atasının evindən gizlincə çıxardaraq çar jandarmalarından xilas etməsindən danışardı», - deyə Saakaşvili  bildirib.

Onun sözlərinə görə, Stalinin bunun əvəzini onların varidatlarının müsadirəsi, həmçinin ulu nənəsinin atası və qardaşının  öldürülməsi ilə ödəyib.

Siyasətçi bildirib ki, «Stalinin ölümü» filminə baxdıqdan sonra bu əhvalat yadına düşüb.

«Əla film idi», - deyə siyasətçi əlavə edib.

Qeyd edək ki, «Stalinin ölümü» filmi Rusiyadının Mədəniyyət Nazirliyi tərəfindən narazılıqla qarşılanıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 07:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com