Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
11:25
Azərbaycandan Həccə cəmi 600 nəfər gedə biləcək

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Azərbaycanda Həccə 600 zəvvar gedə biləcək.

Bu, indiyə qədər Azərbaycandan Həcc ziyarəti üçün ayrılan ən az kvotadır. Buna qədər ən az yer ötən il ayrılmışdı.

2017-ci ildə Azərbaycandan Həccə 900 zəvvar getmişdi. Bu il üçün Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu gündən başlayıb.

Yalnız bir variantda təşkil olunan ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həcc ziyarəti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 14:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com