Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
08:38
Rusiyada təyyarə qəzasında azərbaycanlı iş adamı ölüb

Rusiyada təyyarə qəzasında ölənlər arasında Qəhrəmanov Namiq adlı sərnişinin azərbaycanlı olduğu təsdiqlənib. O, Yevlax rayonundandır və Rusiya vətəndaşlığı alıbmış. N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gələrək, oraada tikiş sexi açıb. 

FaktXəbər-in məlumatına görə, Rusiya İstintaq Komitəsi qəzanın səbəbləri arasında insan faktoru, hava şəraiti və təyyarənin nasazlığı ehtimallarını irəli sürüb.

“Saratov Hava Yolları”nın sığorta tərəfdaşı olan “AlfaStraxovaniye” şirkəti qəzada həlak olanların ailələrinə 100 min rubl təzminat ödəyəcək. 

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb. Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə yerindən təyyarənin qara qutusu aşkarlanıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : təyyarə qəzası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com