Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2018
20:34
Ümid və Müsavat partiyası seçkidə iştirak etməyəcək

Ümid Partiyasının Ali Məclisi bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, buna səbəb partiyanın Nizamnaməsində prezidentliyə namizədin müəyyənləşdirməsinin qurultayın səlahiyyətində olmasıdır: Növbəti qurultayının mayın 28-də keçirilməsi nəzərdə tutulub. Hüquqi baxımdan növbədənkənar qurultayın keçilməsi zaman etibarı ilə qeyri-mümkündür. Ona görə də partiya Ali Məclisi seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib".

Ümid Partiyasının məlumatında, həmçinin, üzvlərinin öz seçimlərində sərbəst olduqları, istədikləri namizədə səs verə biləcəkləri də vurğulanıb.

Bu gün Müsavat Partiyası Məclisi də prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : prezident seçkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 10:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com