Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2018
16:03
2210
Bayıl yamacındakı sürüşmə ilə bağlı TƏFƏRRÜATLAR

16.03 Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib. FaktXəbər-in "Report"a istinadən məlumatına görə, icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb. Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. E.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.

***

15.52 -Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.

O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı.  Ərazidə yaşayış yoxdur”.

***

FaktXəbər-in məlumatına görə, dünən axşam saatlarında paytaxt Bakıda yağan yağış Bayıl yamacında sürüşmə prosesində aktivliyi artırıb. Sakinlərin bildirdiyinə görə ba verən sürüşmədən sonra bəzi evlərə ciddi ziyan dəyib və işıq dirəkləri aşıb. Hazırda əlaqədar dövlət qurumları hadisənin baş verdiyi əraziyə gəliblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya açıqlamasında deyib ki, Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: “Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov FaktXəbər-ə bildirib ki, Səbail rayonunda “Teleqüllə” sürüşmə sahəsində, Teleqüllədən 200-250 metr cənub-şərqdə, torpaq qatında eni 0,1-1, görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar qeydə alınıb. Prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti məqsədilə yamacın şaquli kəsilməsi olub. Ay ərzində prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb, ekspedisiya mütəxəssisləri tərəfindən ərazidə monitorinqlər davam etdirilib: "Hazırda Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur, hər an hansısa fəsad baş verə bilər."

Məqalədə : Bayıl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
964

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2111

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2701

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
80

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
783

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4061

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
72

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1842

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2497

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3332

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2052

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1484

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2991
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 17:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru