Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2018
11:58
1180
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanacaq

Hökumət, AHİK və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası 2 il ərzində inflyasiyanın bir rəqəmli səviyyədə saxlanılmasına çalışacaq

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası yerli inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək öhdəliyini öz üzərlərinə götürüb.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının 2018-2019-cu illər üzrə götürdükləri öhdəliklər sırasında İpoteka və Kredit Zəmanət Fondu vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı tədbiri davam etdirmək, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması məqsədi ilə müvafiq tənzimləmə üsullarından fəal istifadə etmək, ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamaq, Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün müvafiq tədbirlər görmək, idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçirmək, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafını davam etdirmək, istehlakçıların huquqlarının müdafiəsinin milli sisteminin inkişafını təmin etmək məqsədi ilə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini hazırlamaq da var. 

Məqalədə : Nazirlər Kabineti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 06:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status