Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2018
11:42
Amerikalı azarkeş olimpiadaya Rusiya bayrağı ilə gəlib

ABŞ-dan olan azarkeş  Pxençendə keçirilən Olimpiya oyunlarına Rusiyanın bayrağı ilə gəlib.

FaktXəbər-in məlumatına görə, o, bu addımını rusiyalı idmançılar Viktor An və Anton Şipulin kimi digərilərinin də Beynəlxaq Olimpiya Komitəsi tərəfindən Olimpiadaya dəvət edilməməsinə etiraz olaraq onları dəstək məqsədi ilə əlaqələndirib.

Oklend ştatından olan Filip Vahuda üzərində Rusiya yazılmış və qartal əks olunmuş üçrəngli bayrağı maneəsiz olaraq tribunalara gətirib və orada qaldırıb. 

"Mən Rusiyanı dəstəkləmək istəyirəm, çünki onlara Anton Şipulin və Viktor An kimi çox güclü idmançıları Olimpiadaya göndərməyə imkan vermədilər. Mən hesab edirəm ki, onlar burada çıxış etməli idi", - deyə amerikalı bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 00:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com