Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2018
11:05
“Beyin ölümünü təsdiq edən mərkəzimiz yaradılmalıdır”
Komitə sədri: Azərbayacanda ürək köçürmənin tibbi nöqteyi-nəzərdən heç bir problemi yoxdur

“Bu gün insan orqanizmində çox az orqan olar ki, insandan insana, meyitdən xəstəyə köçürülməsi mümkün olmasın. Azərbayacanda orqan transplanatasıya ilə məşğul olan klinikalarımız var. Ölkəmizdə bu gün qaraciyət, böyrək, gözün buynuz gişasının transplanmtasiyası həyata keçirilir”.

FaktXəbər-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri hesab edirki, bu əməliyyatların sayı yetərincə deyil: “Biz bunu MilliMəclisə edilən müraciətlərdən və mətbuatda gedən yazılardan da görürük. Bu gün Azərbayacanda ürək köçürmənin tibbi nöqteyi-nəzərdən heç bir problemi yoxdur. Burada əsas problem orqan qıtığı, donor əldə etmək məsələsidir. Bunun bir neçə səbəbi var. Birinci hökmən reyster xidməti yaradılmalıdır. Bu bizdə yoxdur. Ola bilər ki, hər hansı bir xəstəxanaya orqan transplantasiyası ilə bağlı müraciətlər var. Amma neçə nəfər böyrək, qaraciyər gözləyir? Bundan əlavə, beyin ölümünü təsdiq edən mərkəzimiz olmalıdır. Bu da son dərəcədə vacib məsələdir. Bu istiqamətdiə bir mərkəz yaradılmalıdır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : beyin ölümü 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 12:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com