Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

10 Fevral

2018
10:45
349
Cavad Cahangirzadə: Dərman zavodunun işləri davam etdirilir

"Azərbaycan və İran arasında həyata keçirilən "Şimal -Cənub" nəqliyyat dəhlizi çox əhəmiyyətli layihədir".

Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki,  Rusiya, Azərbaycan və İran dövlət başçılarının üçtərəfli görüşündə Sankt Peterburq-Mumbay istiqamətində qatarın sınaq  yürüşü ilə bağlı göstəriş verilib: "Dünən bununla bağlı "Astara-Astara"  dəmiryolu qatarının sınağı keçirilib. Bundan başqa, Rəşt-Astara  dəmiryolu  layihəsi üzrə Azərbaycan və İran investorları işləri yekunlaşdırmaq üzrədir".

Səfir bildirib ki, Neftçalada inşa edilən İran-Azərbaycan müştərək avtomobil  zavodunun da işləri yekunlaşmaq üzrədir və yaxın zamanlarda açılışı olacaq: "Burda dərman zavodunun işləri davam etdirilir. Prezident tərəfindən səhiyyə sahəsində  əməkdaşlıqla bağlı bəzi göstərişlər var. İran traktor karxanası zavodunun sədri Bakıya gələcək", - deyə səfir əlavə edib.

Səfirin  sözlərinə görə, İran, Rusiya və Gürcüstandan sonra üçüncü ölkədir ki, 2017-ci il ərzində ordan Azərbaycana 320 min nəfər iranlı gəlib. Azərbaycandan İrana da gedənlər çox olub. Səfir sonda vurğulayıb ki, Azərbaycan və İran səfirlikləri hər iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün işlər görür. 

Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2018 05:05

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru