Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2018
14:41
729
Deputat: Azərbaycanda donor qıtlığı var

Bu gün çox az orqan var ki, donordan, yaxud meyitdən insana köçürmək mümkün olmasın: orqan transplantasiyasının tək tibbi yox, həm də hüquqi və mənəvi tərəfləri var, yəni, hüquqi və mənəvi yanaşma düzgün olmadıqda, bu, bir buxova çevrilir.

Bunu Milli Məclisin (MM)  Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib. 

Komitə sədri deyib ki, Azərbaycanda bir neçə klinika orqan transplantasiyaları həyata keçirir.

“Bu  gün, dediyim kimi, Azərbaycanda ürək köçürmənin tibbi baxımdan heç bir problemi yoxdur. Problem donor, orqan qıtlığı məsələsidir. Birinci növbədə Azərbaycanda orqan transplantasiyası ilə bağlı dövlət reyestri yaradılmalıdır. Ola bilər ki, hər hansı xəstəxanaya müraciət var. Amma Azərbaycanda nə qədər sayda insanın ürək, böyrək, qaraciyər gözlədiyini bilmirik. Digər tərəfdən, beyin ölümünü təsdiq edən bir mərkəzin də yaradılması yaxşı olar”- deyə, komitə sədri sözlərinə əlavə edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 13:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status