Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2018
14:32
İlin əvvəlindən ərzaq yeddi faizə yaxın bahalaşıb

Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri ötən ilin yanvar ayına nisbətən 5,5 %, o cümlədən ərzaq məhsulları 6,9%, qeyri-ərzaq malları 5,1%, əhaliyə göstərilən ödənişli xidmətlər 3,9% bahalaşıb.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, cari ilin yanvarında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8% azalıb.

Nəticədə, istehlak məhsulları və xidmətlərin ümumi indeksi 100% səviyyəsində olub.

Qeyd edək ki, 2017-ci ildə istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4%, qeyri-ərzaq mallarının qiymətləri 11,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3% artıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 %, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ərzaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 20:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com