Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2018
12:57
Yardım təşkilatı qadınları cinsi istismara məruz qoyub

Məşhur "Oxfam" yardım təşkilatının yüksəkçinli rəsmiləri zəlzələdən xilas olanlarla pul qarşılığında cinsi əlaqəyə girib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə İngiltərənin "Times" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, "Oxfam"ın rəhbər şəxsləri 2010-ci ildə Haiti zəlzələsindən xilas olan qadınlarla pul qarşılığında cinsi əlaqəyə daxil olub.
 
Yardım təşkilatında aparılan cinsi istimar, pornoqrafik məzmunlu iddialar və təhdidlərlə bağlı istintaqın yekununda "Oxfam"dan üç nəfər istefa verib, digər dörd nəfər isə qovulub.
 
"Times" qəzetinin ələ keçirdiyi istintaq hesabatına görə, Haitidəki bəzi yardım işçilərinə cəzasızlıq siyasəti tətbiq olunub. Hesabatda cinsi əlaqəyə girən bəzi qadınların 18 yaşından kiçik olmaları da göstərilib.
 
İntizam cəzası almadan istefaya getməsinə icazə verilən şəxslərdən biri "Oxfam"ın ölkədəki Roland van Hauwermeiren adlı müdiri olub. 68 yaşlı Hauwermeiren təşkilat tərəfindən sığınacaq adı ilə inşa edilən villada "seks işçiləri ilə birlikdə olması" qeyd deyilir.
 
O, həmçinin zəlzələ zamanı kimsəsiz və pulsuz qalan qadınları pul müqabilində cinsi istismar üçün villaya dəvət edərək partilər təşkil edib.

Qeyd edək ki, "Oxfam" yardım təşkilatı Haitinin Port-au-Prince şəhərində 2010-ci ildə baş verən və 220 min insanın öldüyü, 1.5 milyon insanın isə evsiz qaldığı zəlzələdən sonra bölgədə böyük miqyasda yardım fəaliyyətinə başlamışdı.

Məqalədə : Oxfam 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
408

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 17:04





  [email protected]l.com

Valyuta.com

Рейтинг@Mail.ru