Futbol üzrə Dünya Kuboku Azərbaycana gətirilib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2018
11:09
1721
Futbol üzrə Dünya Kuboku Azərbaycana gətirilib

Futbol üzrə Dünya Kuboku Azərbaycana gətirilib.  Dünya çempionatının baş mükafatının Bakıya səfəri "Coca-Cola” şirkətinin uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Xüsusi təyyarə ilə gətirilən kuboku Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian Karambö müşayiət edib. Mükafatı qarşılayanlar arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. 

Baş mükafat Heydər Əliyev Beynəlxalq Hava Limanından "Hilton" otelinə aparılıb. Oteldə təşkil olunacaq mətbuat konfransının ardından kubok şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.

Məqalədə : Dünya Kuboku 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 07:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com