Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2018
22:45
Karateçimizdən möhtəşəm qələbə

Rusiyanın Soçi şəhərində karate üzrə Avropa çempionatı keçirilib. Milli komandamızın da qatıldığı yarışda 44 ölkədən minə yaxın idmançı tatami üzərində öz qüvvəsini sınayıb. Ölkəmiz qitə çempionatında ön pillədə yer alıb.

Milli komandanın tərkibində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi Hüseyn Alıyev də qələbə uğrunda mübarizə aparıb. Çəkisi 67 kiloqramadək olan idmançıların yarışında H.Alıyev finala gedən yolda Niderland, Şotland, Kosovo, Bosniya və Herseqovina idmançılarına qalib gəlib. Həlledici görüşdə Macarıstan karateçisi ilə qarşılaşan idmançımız qitə çempionu olub.

H.Alıyevi yarışa hazırlayan DİN İdman Cəmiyyətinin fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov deyib ki, karateçimiz daha mötəbər yarışlara hazırdır və onun potensialı daha böyük uğurlara ümid verir. Məşqçi, həmçinin yetirməsinin bu ilin yayında Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin Olimpiadasında iştirak edəcəyini qeyd edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : idman karate 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 07:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com