Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2018
22:38
Bakıda əhali ərzaq məhsullarına 9 milyard xərcləyib

2017-ci ildə Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 19 milyard 613,5 milyon manat olub.

FaktXəbər-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 9 milyard 583,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10 milyard 029,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 18,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 45,0 milyon manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,1 faizi hüquqi şəxslərdən, 1,9 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsulları realizə olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ərzaq statistika 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 02:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com