Dərsliklərdə ixtilaf: bəs imtahanda hansı əsas götürüləcək? - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2018
21:56
2033
Dərsliklərdə ixtilaf: bəs imtahanda hansı əsas götürüləcək? - VİDEO

Sabirabadda tarix müəllimi işləyən Musa Ələkbərov "Azərbaycan tarixi" dərsliyində səhv aşkarlayıb.

7-ci sinif "Azərbaycan tarixi"ndə Bərdənin VII əsrdə Albaniyanın paytaxtı olduğu, 10-cu sinif "Azərbaycan tarixi"ndə isə V əsrdə paytaxt olduğu yazılıb.

Məsələ burasındadır ki, 6-cı sinif "Azərbaycan tarixi"ndə isə ümumiyyətlə Bərdənin adı çəkilmir.

10-cu sinif "Azərbaycan tarixi" dərsliyinin müəlliflərindən biri olan Kamran Əsədovun sözlərinə görə, bu, ilk belə fakt deyil. 6-9-cu sinif Azərbaycan tarixləriylə 10-cu sinif "Azərbaycan tarixi" arasında 82 fakt üst-üstə düşmür. Hətta burada dövlətlərin yaranması, döyüşlərin keçirildiyi vaxt kimi ciddi nöqsanlara yol verilib.

Musa Ələkbərovun iddia edir ki, əvvəlki müəlliflər faktın səhv olduğunu bilə-bilə onu kütləvi narazılıq olmasın deyə dəyişmirdi. Məhz bu səbəbdən də dərsliklər illərdir səhv tarixlə çap olunurdu.

Musa Ələkbərov qəbul imtahanında 10-cu sinif "Azərbaycan tarixi"ndə əks olunan faktların əsas götürüləcəyini deyir.

Təhsil Nazirliyindən verilən məlumata görə, dərsliklər müəlliflərin ixtiyarına verilib. Bu məsələylə bağlı söz haqqı da onlara məxsusdur.

Məqalədə : tarix dərslik imtahan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 20:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com