- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bu gün Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.
Hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə məlum olub ki, təqsirləndirilən şəxs Vüsal Ələkbərov məhkəməyə gətirilməyib.
Məlum olub ki, Bakı İstintaq Təcridxanasında Vüsal Ələkbərovun səhhəti pisləşib və bu səbəbdən onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Hakim növbəti iclası fevralın 15-ə təyin edib.
Məhkəmənin hökmü ilə V. Ələkbərovun hərbi rütbəsi alınmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə V. Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmişə verilib.
Hökmə əsasən həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılıb və həmin qərarın surəti icra olunması üçün adiyyatı üzrə prokurorluğa göndəriləcək.
Xatırladaq ki, prokuror V.Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini və onun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəmişdi.
İttihama görə, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
İttihama əsasən, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.
Qeyd edək ki, həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.
- 16-02-2019 14:56 Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
- 16-02-2019 14:54 Narkoloji Mərkəzdə baş vermiş faciənin yeni təfərrüatları məlum olub
- 16-02-2019 13:36 Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı
- 16-02-2019 12:02 DYP reyd keçirib, sürücülərə xəbərdarlıq olunub
- 16-02-2019 11:34 Cinayət törədənlərin 86 faizi işsiz və savadsızlardır - RƏSMİ
- 15-02-2019 16:23 "BakuBus"un avtobusu ilə toqquşan avtomobilin sürücüsü öldü
- 15-02-2019 15:30 Bakıda daha bir sürücü "qoçuluq" edib yol kəsdi - VİDEO
- 15-02-2019 15:21 Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Çexiyada saxlanılıb
- 15-02-2019 14:10 Boşanmaq istəyən ailələrə yeni təklif
- 15-02-2019 12:07 Bakının məşhur hamamında yanğın olub, ölən var
- 15-02-2019 11:24 Bakıda dəhşətli QƏZA - VİDEO
- 15-02-2019 10:58 Bayılda köçkün ailələri aksiya keçirdilər
- 15-02-2019 10:27 Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
- 14-02-2019 15:41 Şəhid polislərin ailələri birdəfəlik ödəniş üçün müraciət edə bilər - RƏSMİ
- 14-02-2019 15:24 Əfv Məsələləri Komissiyası bu gün növbəti iclasa toplaşır
- 14-02-2019 10:50 4 rayona yeni polis rəisləri təyin edilib - SİYAHI
- 14-02-2019 10:45 Eldar Əziziov küçəni restorana çevirənləri cəzalandırdı
- 14-02-2019 10:30 “Nikoil Bank”ın vəzifəli əməkdaşları həbs edilib
- 14-02-2019 10:26 Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
- 13-02-2019 15:24 Zakir Qaralov Salyanda vətəndaşları qəbul edəcək
- 13-02-2019 14:23 Binəqədidə soyğunçuluq edən şəxs saxlanılıb
- 13-02-2019 12:53 Şamaxıda püskürən vulkanla bağlı rəsmi MƏLUMAT - YENİLƏNİB
- 13-02-2019 12:30 Bu il 3 regional vəkil qurumu fəaliyyətə başlayacaq
- 13-02-2019 12:07 Azərbaycanda vəzifəli şəxs həbs edildi
- 13-02-2019 11:29 Əli Kərimlinin müşaviri azadlığa buraxılıb