Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

08 Fevral

2018
15:19
237
İranın Azərbaycandakı səfiri MSK-da olub

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 8-də İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Bu barədə FaktXəbər-ə MSK-nın Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

M.Pənahov MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib.

Səfir Cavad Cahangirzadə iki ölkə arasında sıx əlaqələrin olduğunu və günbəgün inkişaf etdiyini bildirib. O, Azərbaycanda seçkilərin hər zaman böyük maraqla izlənildiyini qeyd edərək, ölkəmizin seçki sistemi, seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində görülmüş işlər və bu il keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqlarla maraqlanıb.

İranlı diplomatın suallarını cavablandıran sədr Məzahir Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq və xarici qurumlarla əməkdaşlığa həmişə açıqdır və bu münasibətlər əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir. MSK sədri həmçinin, seçkilərin yüksək səviyyədə təşkil olunub, azad və ədalətli keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin olduğunu vurğulayaraq, ölkəmizin seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün gerçəkləşdirilməsi nəzərdə tutulan irimiqyaslı layihələrdən ətraflı söhbət açıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə : Prezident seçkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2018 04:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru