Banklar dollardan qaçırlar

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2018
14:35
1594
Banklar dollardan qaçırlar

Azərbaycan banklarında əmanətlərin həcmində müşahidə edilən artım proporsiyalrında xarici valyuta yenə öndədir. FaktXəbər-in "fed.az"a istinadən məlumatına görə, manat depozitlərində 200 milyon manata yaxın artım var, dollarla olan depzoitlər isə bir ayda 897 milyon manat artıb.  

Depozitlər bankların kredit verməsi üçün əsas maliyyə resursudur. Lakin banklar bu dollarları realizə etməyə və ondan gəlir götürməyə yer tapmırlar. Çünki müştərilər yalnız manatla olan kreditlərə üstünük verirlər və xarici valyutada olan problemli kredit tarixçəsinin mənfi təsirləri hələki yaxın keçmişi əhatə etdiyindən heç kim yenidən risk daşımağa hazır deyil.

Ona görə də banklar 2017-ci ilin ortasından başlayaraq, maliyyə böhranı vaxtları 17-18 faizə “dolları olan gəl bəri” deyə reklam çarxları barədə hədəflərini alt-üst ediblər. Bir neçə bank isə ümumiyyətlə depozit götürmür, çünki kredit də vermir.

Beləliklə, bankların dollar üzrə əmanətlərə təqdim etdikləri faizlər hətta 0,1 faizdən başlayır və bu ilin sonuna qədər bunun artması ehtimalı belə yoxdur.

Banklar Faiz dərəcələri (%) Minimal məbləğ        (USD) Müddət (ay)
1.Access Bank 1-3 50 6-24
2.AFB Bank   1-1,5 1000 6-12
3.AG Bank  2-3 100 6-24
4.Amrah Bank 2-3 50 3-36
5.Ata Bank 3-6 500 3-60
6.Beynəlxalq Bank 2 500 12-36
7.ASB 1 50 12
8.Azər-Türk Bank 0,1-0,4 500 6-12
9.Bank Avrasiya 2,5-3 1000 12-24
10.Bank of Baku 1,9-2 100 6-24
11.Bank BTB 0,25-1 100 6-36
12.Bank Respublika 0,3 100 12-24
13.Bank Silkvey 1,5 500 000 12
14.VTB Bank 0,2-0,5 100 6-12
15.Express Bank 1,5-2 500 12-24
16.Günay Bank 3 500 12
17.Xalq  Bank 1 100 12
18.Kapital Bank 0,1-0.5 100 12-24
19.Muğan Bank 3 1000 12
20.NBC Bank 1-3 200 1-12
21.Nikoil Bank 1-3 100 3-36
22.PAŞA Bank 2 1000 12-24
23.Rabitə Bank 0,5-0,75 200 3-24
24.Turan Bank 2,5-3,5 100 6-36
25.UNİBANK 0,5-2 50 12-24
26.Yapı Kredi Bank 0.5 250 12-24
27.Ziraat Bank 0,25-1 1000 3-36

Məqalədə : bank dollar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 09:13



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com