Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

08 Fevral

2018
12:24
473
Zikr barədə tanınmış İslam aliminin tövsiyyəsi

Qurani-Kərimi oxuyarkən ayələrdə müxtəlif mənalarla rastlaşırıq. Bəzən isə mənasını başa düşmürük. Bu zaman alimlərə müraciət etmək lazım gəlir. Həmin alimlər də bildirirlər ki, Qurani-Kərimin əbədi və həmişəlik olaraq qalacağının səbəblərindən biri də, məhz bu səmavi kitabın xüsusi bir zamana və məkana aid olmamasıdır.

Tanınmış islam alimi, əxlaq ustadı Abdullah Fatiminiya bildirir ki, Quran ayələri və rəvayətlərə yanaşma tərzində həmişə gərək onların müxtəlif dərəcələrinə diqqət yetirilsin: “Məsələn, deyəndə zikr və dualar qəlbin nuraniləşməsi və inasının tərəqqisinə səbəb olur, nəzərə alınmalıdır ki, bu məsələ insanların dərəcəsi baxımından fərqli olur. Ola bilər ki, həmin dualar kimlərəsə yalnız ayaqlarının altını görüb yıxılmaması və böyük günahlardan amanda qalması qədər, yəni bir şam işığı qədər nur versin, amma digərilərinə çıraq səviyyəsində, bir başqasına isə kilometrlərlə işıq saçan bir nur şəklində olsun. Çünki zikr və duaların nurlandırma və hidayət etmə dərəcələri müxtəlif olur. İnsana həmişə nur və hidayətdən nə qədər verilərsə, gərək ona şükr etsin və qədrini bilsin. Şam işığı qədər nurun özü belə insanın ayaqları altını görmək və həlak olmamasına səbəb ola bilir.”

İslam alimi bildirir ki, dildə deyilən zikrlər və Allahın tərifi mütləq şəkildə bir sıra təsirlərə malikdir. Bu şərtlə ki, dil qəlbə bağlı olsun: “Bəzən hətta elə də ola bilər ki, zikr heç dil ilə deyilməsin, yalnız qəlbin diqqəti zikrə yönəlmiş olsun. Bunun özü də zikr hesab edilir və özünəməxsus təsirlərə malikdir.”

Əxlaq ustadı daha sonra bildirib ki, zikr məsələsində diqqət yetirilməli olan bir neçə mətləb var:

“Birincisi, zikrlər gərək Əhli-beyt (ə) vasitəsilə nəql edilmiş olsun. Digəri isə, zaman və ədəd baxımından da məsumlar tərəfindən nəql edilmiş olsun. Məsələn, filan zikr filan vaxtda filan sayda deyilməlidir və yaxud da ki, məsumlara bağlı olan şəxslər vasitəsilə, o cümlədən məşhur İslam ailmləri Qazi Təbatəbai, Seyid Məhəmmədhüseyn Təbatəbai, Şeyx Bəhaəddini və sair kimi övliyalar vasitəsilə nəql edilməlidir və bu barədə yəqinlik hasil olmalıdır.”

Məqalədə : zikr 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 07:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru