Əfqan Muxtarlı 3 günlük azadlığa çıxır

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2018
10:05
2057
Əfqan Muxtarlı 3 günlük azadlığa çıxır

Sabah həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxın qohumlarının 40 mərasimidir. Jurnalistin yas mərasimində iştirak etməsi üçün vəkili ərizə məktubu ilə müraciət edib.

Bu barədə jurnalistin hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

Əfqan Muxtarlının yaxınlarının yas mərasimində iştirakı üçün etdiyi müraciətə baxılıb. Jurnalist sabah 3 gün müddətinə evə buraxılacaq.

Rəsmi məlumata görə, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Ə.Muxtarlı həbsdə olarkən, onun yaxın qohumlarının evində-Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında faciə baş verib.

Belə ki, Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib. Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb. Həyatını itirən N.Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı, bacısının və qardaşının uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. (modern.az)

Məqalədə : Əfqan Muxtarlı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 09:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com