Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
16:54
Hafiz Hacıyevin Aslan İsmayılovla məhkəməsi davam etdirlib

Bu gün Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə A.İsmayılov çıxış edib. O bildirib ki, H.Hacıyev onun barəsində səsləndirdiyi fikirləri bu işə əlavə edilməsini istəyib.

H.Hacıyev isə qeyd edib ki, A.İsmayılov işi siyasiləşdirir və ona şər-böhtan atıb.

Məhkəmə linqivistiq ekspertizanın təyin edilməsi barədə qərar çıxarıb.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.(report)

Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, müraciətində bildirib ki, A.İsmayılov onun şərəf və ləyaqətini alçaldıb və buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. A.İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Aslan İsmayılov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 07:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com