Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
15:53
3460
Alimlər xərçəng xəstəliyinə qarşı yeni preparat hazırlayıblar

Stenford Universitetinin tədqiqatçıları xərçəng xəstəliyinə qarşı preparat hazırlayıblar. Dərman üzərində aparılan testlər uğurla nəticələnib.

FaktXəbər-in “Medikforum” saytına istinadən verdiyi məlumata görə, ilk olaraq gəmiricilər üzərində sınaqdan keçirilən preparat xərçəng hüceyrələrinə güclü təsir göstərib. Belə ki, preparat immun hüceyrələrini müəyyən olunmuş şişlərə “istiqamətləndirir” və onları bir neçə gün ərzində məhv edir. Tibb işçilərinin indiyədək istifadə etdikləri dərmanlarla bunu həyata keçirmək qeyri-mümkün idi. Bundan əlavə, maddələrin uyğunluğu vacib amillərdəndir. Dərman molekulları ayrı-ayrılıqda xərçəngə təsir etmir. Lakin onlardan bir yerə toplanmış halda istifadə etdikdə funksiyalarını dəyişə və xəstə orqanizmə təsir göstərə bilərlər.

Yeni dərman xərçəng xəstəliyinin immunoterapiya vasitəsilə müalicə üsullarının axtarışı çərçivəsində yaradılıb. Bu üsulun tətbiqi insan immunitetini fəallaşdırmaq, onu xərçəng hüceyrələrinə qarşı işləməyə məcbur etmək və onları müstəqil məhv etmək məqsədi daşıyır. Bu, xəstəliyin müalicəsində ən ağrısız üsuldur.

Gələcəkdə testlər insanlar üzərində də keçirilə bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : xərçəng xəstəliyi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 13:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com