Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
15:30
2501
Fatimeyi-Zəhranın (s.ə) tərifini Allah özü verib

Növrəstə İbrahimova

AİP Qadınlar Şurasının sədri

Artıq bir neçə gündür ki, “Fatimə günləri” deyilən hüznü yaşayırıq.

İlk öncə qeyd edim ki, Hz.Fatimənin həyatı və Onun əxlaqi keyfiyyətlərindən danışmağa bir ömür belə yetməz, çünki Fatiməni (s.ə) Allahın özü tərif etmişdir. Qadir Allah Həzrət Muhəmmədə (s) buyurub: “Ya Muhəmməd (s), səndən öncəkiləri sənə xatir, səni Hz.Əliyə (ə) xatir və sizinlə birgə bütün bəşəriyyəti yalnız Hz.Fatiməyə (s.ə) xatir xəlq etmişəm.”

İmam Zamanın (əc) isə buyurub: “Hər cəhətdən nənəm Zəhraya bənzəmək istərdim”. İmamımızın Hz.Fatimə barədə bu kəlamı Xanımın insani keyfiyyətləri, təqva və əxlaq normalarının analoqsuzluğunun bariz nümunəsidir. Burdan məlum olur ki, Hz.Fatimə (s.ə) bütün bəşəriyyətin əxlaqi keyfiyyətləri üçün xalis ülgüdür.

Hz.Fatimə (sə) qısa olmasına rəğmən, bərəkətli həyatında həyat yoldaşına misilsiz vəfa göstərmək, Həsən, Hüseyn, Zeynəb və Gülsüm kimi övladlar tərbiyyə etməklə bərabər, zəmanəsində olan heç bir haqsızlığa biganə qalmadı: İmamını müdafiə etdi, ümmətin islah olması üçün cihada qalxdı, bir xütbəsi ilə yatmışları oyatdı, nankorluq edənləri əməllərindən utandırdı.

Dünyada yaranışın əsil hədəfi olan insanların hər bir işində onların gözəl ülgü axtarması qaçılmaz və məntiqə uyğundur. Bu səbəbdən də xüsusən qadınlar, öncə xəlq olunmasının məna və mahiyyətini anlamalı, sonra isə fərdi və ictimai həyatında yaşam, tərz, davranışını bəşəriyyət üçün ən gözəl nümunə olan Hz.Fatimənin (s.ə) həyat və rəftarları ilə bağlamalıdır. Belə olarsa, həyat yoldaşına xalis sayğı ilə itaət edər, böyük cəmiyyətin təməli olan kiçik cəmiyyətdə - evində tərbiyyə, iman, ədəb, əxlaq kimi müsbət keyfiyyətə malik olan övladlar yetişdirər, yaşadığı mühitin, qohum-qonşu, həmçinin xalqının rifahı üçün əlindən gələni edər və bu yolda mücahidliyə hazır olar.

Burda bir məsələni də qeyd etmək yerinə düşərdi: Hz.Zəhranın timsalı olan qadınlar, onun Quranda adı keçən yadigarını Xanımın şəxsiyyətinə layiq yaşatmalıdırlar, yəni örtülü xanımların hicabları ilə davranışları bir birini tamamlamalıdır. Əks təqdirdə Xanıma hörmətsizlik və onun məsumiyyətinə xələl gətirilmiş olacaq.

Son olaraq vurğulayım ki, Fatimeyi-Zəhranın (s.ə) tərifini Allah özü verib. Fatimə (s.ə) Ummul-Kitabdir, yəni Quranın anası. Bundan artıq dərəcə ola bilməz. Uca mərhəmətli Allah öz bəndələrinin həm islah olmaları, həm də fərdi və ictimai həyatlarında yanılmamaları üçün nümunəvi iman, təqva və əxlaqa malik olan şəxsiyyətlərin özləri ilə bərabər, həm də onlara xas olan əyyamları da Yer üzünə təbərrük etdi ki, bəndələr ən önəmli olan ruhani həyatlarında çətinlik çəkməsinlər.

Uca və mərhəmətli Allahımız biz bəndələrinə misilsiz bir nemət və nicat çırağı əta etmişdir. Bizim isə bunun qarşılığında böyük Yaradana şükür etməyimiz və nicat çırağımızın ətrafına layiqli halda cəm olmağımız gərəkdir.

Məqalədə : Fatimeyi Zəhra 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 19:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com