Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
14:21
`Teleqüllə` restoranı sürüşməyə görə bağlanır?...

Səbail rayonu, Bayıl sürüşmə zonasında qeydə alınan çatlar genişləndiyindən məşhur “Teleqüllə” restoranın bağlanacağı bildirilir. Bu baradə məlumatı restoranın işçiləri deyib.

Məsələni dəqiqləşdirmək üçün “Teleqüllə” restoranı ilə əlaqə saxladıq. Restoranın adını çəkmək istəməyən əməkdaşı Modern.az-a məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Ərazidə sürüşmə qeydə alınıb, doğrudur. Amma bunun bizim restoranımızla əlaqəsi yoxdur. Restoranın bağlanmasından söhbət getmir. Belə müzakirə də aparılmayıb”.

Ərazidə yaranan təhlükə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Modern.az-a bildirib ki, “Teleqüllə” sürüşmə sahəsində teleqüllədən 200-250 m cənub-şərqdə, torpaq qatında eni 0,1-1,0 m, görünən dərinliyi 5-6 metr, uzunluğu 60-70 metr olan çatlar qeydə alınıb. Nazirlik rəsmisinin sözlərinə görə, ay ərzində prosesin dinamikasında aktivlik qeydə alınıb, ekspedisiya mütəxəssisləri tərəfindən ərazidə monitorinq işləri davam etdirilib. Hazırda vəziyyət stabilləşməkdədir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sürüşmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 11:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com