Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
11:34
FİFA Araz Ağalarovun işindən narazıdır

Beynəlxalq Futbol Federasiyasının komissiya heyəti Rusiyada inşa olunan stadionlarda çoxsaylı pozuntular aşkar edib. FaktXəbər-in "life.ru"ya istinadən verdiyi məlumata görə, FİFA ekspertləri azərbaycanlı iş adamı Araz Ağalarovun rəhbəri olduğu "Krokus gorup" şirkətinin inşa etdiyi stadionlardan narazı qalıb.
 
Məlumata görə, futbol üzrə 2018-ci il Dünya Çempionatının startına az müddət qalsa da, bəzi idman obyektlərində tamamlanma işləri ləngiyir. "Krokus gorup"un inşa etdiyi stadionlardan Kalininqrad və Rostov-na-Don şəhərlərində qanun pozuntuları aşkar olunub.

FİFA nümayəndələrinin narazı qaldığı məqamlar stadionlardakı giriş qapılarının ölçüsü, ventilyasiya sistemləri, tualetlərdə keyfiyyət və təchizat, eyni zamanda oturacaqların sayı olub. Bütün bunlar stadionda komfort və personalın işinə mənfi təsir edir. İdmançılar və qonaqların təhlükəsizliyi isə sual altına düşür.

Qeyd edək ki, 2018-ci il Dünya Çempionatının oyunları 12 fərqli stadionda 14 iyun - 5 iyul tarixləri arasında keçiriləcək. Bu mundial Rusiyanın ev sahibliyini etdiyi ilk Dünya Kuboku olacaq. Rusiya Futbol Federasiyası tərəfindən təşkil olunacaq turnir, həm də Şərqi Avropada keçirilən ilk mundial olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Araz Ağalarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 06:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com