Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
09:44
Nazirin sözünü kəsən robot format edildi - VİDEO

Dünya Təhlükəsiz İnternet Günü çərçivəsində  Türkiyənin Paytaxtı Ankarada Texnologiya Elmləri  Mərkəz İdarəsində keçirilən tədbirdə kurioz hadisə yaşanıb. Belə ki, Dənizçilik Xəbərləşmə və Rabitə Naziri Əhməd Arslan danışarkən yaxınlıqda duran robot «Yavaş danış, nə deyirsən, anlamıram?» deyib. Bu isə naziri qəzəbləndirib.

Sanbot  daha sonra «Nədən danışırsan», deyincə nazir qəzəblə «Əziz dostlar, bəlli ki, kimsə robota nəzarət etməlidir. Nəzarət vəzifəsini  hansı dostumuz yernə yetirsə, buna baxsın» deyib.

Bundan sonra robot Sanbot format edilib və susdurulub.

Bu hal sosial medialarda böyük müzakirələrə səbəb olub.

Qeyd edək ki, Çində hazırlanan  robot Sanbot Türkiyədə də satışa çıxarılıb. İnsan və nəsnələri tanıyan robot, izləmə, dialoq qurma, üz tanıma kimi xüsusiyyətlərə də sahibdir. Bundan başqa musiqi çala, rəqs etmə, proyeksiya işə sala bilmə funksiyaları da var.

Yeni robot Sanbot banklar, hava limanları, ticarət mərkəzləri, pərakəndə satış sektoru, xəstəxanalar, otellər, restoranlar, məktəblərdə servis, qarşılama, yönləndirmə, satış, ev xidlməti kimi vəzifələri yerinə yetirə bilir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : robot 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 12:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com