Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
09:36
Rusiya hökuməti koreyalıları ölkədən çıxarmağa başlayıb

Rusiyanın bəzi regionlarında Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan işçilər ölkədən çıxarılmağa başlanılıb. FaktXəbər-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora bildirib.

O, əlavə edib ki, KXDR vətəndaşlarının ölkədən çıxarılması BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq həyata keçirilir: "Şimali Koreyadan olan işçi qüvvəsinə qadağa Rusiya iqtisadiyyatına böyük zərbə olacaq, lakin biz BMT TŞ-nin qərarını qətiyyətlə yerinə yetiririk. Bir çox qubernatorlar artıq buna başlayıblar".
 
Diplomatın sözlərinə görə, Rusiya hökuməti hər il 12-15 min arası KXDR vətəndaşına qısamüddətli işçi vizası verir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şimali Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com