Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
08:37
1074
Futzalçılarımız Portuqaliyaya böyük hesabla məğlub olub

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının dörddəbir final mərhələsində fevralın 6-da Portuqaliya yığması ilə qarşılaşıb.

FaktXəbər-in məlumatına görə, Sloveniyanın paytaxtı Lyublyanadakı “Stojice Arena”da keçirilən oyun rəqib komandanın 8:1 hesablı üstünlüyü ilə başa çatıb. Azərbaycan millisinin heyətində yeganə qolu Everton Kardoso vurub. Beləliklə, Portuqaliya yığması qitə çempionatında yarımfinal mərhələsinə yüksəlib.

Oyunu Cerny Ondrej (Çexiya), Tomiç Saşa (Xorvatiya) və Çetin Kamildən (Türkiyə) ibarət hakimlər briqadası idarə edib.

Qeyd edək ki, millimiz qrup mərhələsində Fransa yığmasına 5:3 hesabı ilə qalib gəlsə də, İspaniya komandasına 0:1 hesabı ilə məğlub olub və qrupda ikinci yeri tutaraq dörddəbir finala adlamışdı.

Məqalədə : futzal 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 18:58

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status