Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

06 Fevral

2018
21:55
311
Məktəblərdə Bayıldakı sürüşmə sahəsinə pul toplanıb? - Rəsmi AÇIQLAMA

“Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə heç bir vəsait toplanmayıb”.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilmiş məlumatda deyilib.

Məlumatda qeyd olunub ki, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvar 2017-ci il tarixdən müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.

“Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib. Qeyd edək ki, məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2018 05:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru