Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

06 Fevral

2018
15:50
367
Sonuncu `Nardaran işi` məhkəməsi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş təqsirləndirilən Əbülfəz Bünyatov məhkəməyə Təcili Tibbi Yardımla gətirilib.

Səhətində problem olan Ə.Bünyatov məhkəmə zalına həkimlərin nəzarəti ilə daxil edilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Ə.Bünyatov bildirib ki, himayəsində 4 azyaşlı uşaq var. O, Odlar Yurdu Universitetinin "Hüquq" fakultəsini bitirdiyini, əvvəllər məhkumluq həyatı yaşadığını söyləyib.

Anket məlumatları dəqiqləşdirilən E.İsgəndərov qeyd edib ki, himayəsində 3 azyaşlı uşaq var.

Daha sonra E.İsgəndərovun vəkili Fariz Namazlı vəsatətlə çıxış edib. O, müvəkilinin cinayət işinə xitam verilməsini, E.İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Ə.Bünyatovun vəkili də vəsatətlə çıxış edib. Bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var və onun məhkəməyə gəlməsində çətinliklər yaranır. Vəkil cinayət işinin ayrıca icraata ayrılmasını tələb edib.

F.Namazlı da növbəti vəsatətində cinayət işinin ayrıca icraata ayrılmasını istəyib.

Vəsatətlər təmin edilməyib.

Proses fevralın 13-də davam etdiriləcək.

Məqalədə : Nardaran işi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 13:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru