Ermənilərin 4 min zabiti Rusiyada hərbi hazırlıq keçib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2018
15:43
2006
Ermənilərin 4 min zabiti Rusiyada hərbi hazırlıq keçib

"1990-cı illərdən başlayaraq Ermənistan ordusunun 4 min zabiti Rusiya hərbi ali məktəblərində hazırlıq keçib". FaktXəbər-in "News.am" saytına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

O, əlavə edib ki, Ermənistan Rusiyadan 20 ədəd "MiQ-29" təyyarəsi alıb ki, bu da İrəvana ümumilikdə Hava Hücumundan Müdafiə sisteminin imkanlarını kəskin artırmağa imkan verib.

Vaqarşak Arutyunyan iddia edib ki, Azərbaycanın Ermənistan ordusu üzərində üstülüyü olsa da, hərbi-strateji üstünlük İrəvana məxsusdur.

Qeyd edək ki, Ermənistanın necə hərbi strateji üstünlüyə malik olduğu Aprel döyüşlərində tam çılpaqlığı ilə özünü göstərib. Azərbaycan ordusunun güclü həmləsi qarşısında geri çəkilməyə məcbur olması bir yana, daim kölgəsinə sığındığı Rusiyadan Azərbaycanın döyüşləri dayandırması barədə xahiş etmişdi.

Məqalədə : erməni 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 05:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com