Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2018
14:08
AMEA: Orfoqrafiya qaydalarının sayı artırıla bilər

"Orfoqrafiya lüğətinin layihəsindəki qaydaların sayı artırıla bilər".

Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, institutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Məmmədov "Azərbaycan Dil Qurumu" İctimai Birliyinin Orfoqrafiya lüğəti lahiyəsinin müzakirəsi ilə bağlı keçidiyi tədbirdə deyib.

O bildirib ki, Orfoqrafiya lüğətinin layihəsi ictimaiyyətə təqdim ediləndən sonra geniş müzakirələrə səbəb olub: "İşçi qrupunun üzvləri təklif verənlərin mövqeyindən asılı olmayaraq bütün təkliflərə obyektiv yanaşırlar. Bütün təkliflər pasportlaşdırılacaq. Təkliflərin içində çox dəyərliləri var. Onların üzərində işlənilir, ola bilsin ki, layihədəki təkliflərin sayı artsın. Həmin təkliflər seçilərək müzakirələrə təqdim olunacaq. Bəlkə də qaydaların sayı 80-ə qaldırıldı. İşçi Qrupu layihə üzərində çox ciddi işləyir. Bütün yazılara ayrı-ayrı baxılır".

İşçi qrupunun üzvü qeyd edib ki, orfoqrafiya yalnız bir şəkilçi, bir işarədən ibarət deyil, çox ciddi məsələdir: "Orfoqrafiya dilin yox, dilçiliyin problemidir. Dilin müzakirəsi ilə qaydaların müzakirəsi fərqlidir. Bu səbəbdən də mütəxəssis rəyinə ehtiyac var. Bizim üçün dil məsələsi hər şeydən vacibdir".(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Orfoqrafiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 02:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com