Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2018
10:11
Fələstinli atadan Trampa qeyri-adi etiraz - VİDEO

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi qərarına daha bir etiraz fələstinli ailədən gəlib. Üçəm övladları dünyaya gələn Nidal və İslam əl-Siqali cütlüyü övladlarına kreativ adlar qoyublar.

FaktXəbər-in verdiyi məlumata görə, yeni doğulan körpələrə Qüds, Fələstin və Paytaxt adları verilib. Bu adlar Qüdsün Fələstinin paytaxtı mənasını ehtiva edir.

Fələstinin Xan Yunus qəsəbəsində yaşayan Nidal bildirib ki, övladlarına qoyduğu ad Trampın məlum qərarına etiraz və Fələstinə dəstək xarakteri daşıyıb: "Gördüyüm iş kifayət deyil. Fələstin üçün özümü, uşağımı, həyat yoldaşımı və hər birimizi fəda edərəm".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 18:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com