Nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlanıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2018
16:56
1896
Nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlanıb

Bu ilin yanvar ayında nikaha daxil olmaq istəyən 9 396 nəfər tibbi müayinədən keçib. FaktXəbər bildirir ki, Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 290 nəfərində talassemiya daşıyıcılığı, 16 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.

Direktor qeyd edib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 yanvar 2018-ci ilə kimi müayinədən 373 680 nəfər keçib: “İndiyə qədər tibbi müayinədən keçmiş 14 364 nəfərdə talassemiya daşıyıcılığı, 1349 nəfərdə sifilis, 293 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub”.

Məqalədə : QİÇS 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 22:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com