Suriyalı qaçqınlar zorla vətənlərinə qaytarılacaq

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2018
15:48
1718
Suriyalı qaçqınlar zorla vətənlərinə qaytarılacaq

Humanitar  təşkilatlar qaçqınları qəbul edən Yaxın Şərq və Qərb ölkələrinə ismarıc yollayaraq, onların zorla  Suriyaya qaytarılmasının əlehinə olduqlarını bildiriblər. FaktXeber.com-un Al-Jazeera-ya istinadla verdiyi məlumata görə, könüllülər öz hesabatlarında  hərbi əməliyyatlara görə, evlərini itirmiş sakinlərin  zorla qaytarılmasından narazılıqlarını bildiriblər.

«Müharibənin davam etməsinə baxmayaraq, yüzminlərlə qaçqın 2018-ci ildə zorla geri qaytarırlma risqi ilə üz-üzədir», - deyə CNR və CARE International qurumları daxil olmaqla bir sıra təşkilatlar xəbərdarlıqlar yayıblar və bildirirlər ki, bir sıra ölkələr bu barədə artıq planlaşdırma aparıblar.

«Suriyada hərbi vəziyyətin demək olar ki, dəyişmədiyi bir dönəmdə, qaçqınları qəbul edən ölkələr  2017-ci ilin sonlarında  onları  vətənlərinə geri qaytarma məsələlərinə açıq şəkildə baxmağa başlayıblar.  Müharibə və zorakılıqdan qaçan  suriyalıların bu gün qaytarılması nə təhlükəsiz, nə də könüllü olacaq. Məktəblər və xəstəxanalar işləmir, hətta gərginliyin azaldığı rayonlarda belə insanlar ölür», - deyə hesabatda bildirilir.

Humanitar təşkilatlar Danimarka və Almaniya başda olmaqla Avropa ölkələrinin müzakirə etdiyi qaçqınların, xüsusən uşaqların repatriasiyasından narahatlıqlarını dilə gətiriblər.

Məqalədə : Suriya miqrant 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 22:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com