Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2018
14:56
“GetContact” yükləyənlərə BƏD XƏBƏR
Təhlükənin qarşısının alınması yollarını bu yazıdan öyrənə bilərsiniz

Son günlər sosial şəbəkələrdə ən çox paylaşım edilən mövzulardan biri də “GetContact” proqramı barəsindədir. Bu proqram vasitəsilə başqalarının sizin adınızı telefonunda necə qeyd etdiyini öyrənmək mümkündür. Ancaq mütəxəssislər deyirlər ki, bu proqram çox təhlükəlidir və təbiqi yükləyən şəxslər dərhal özlərinin şəxsi məlumatlarının yayılmasına yol açırlar. Bəs, bu necə olur?

“Bizim Yol” mütəxəssis rəyi kimi, Taleh Nehrəmlinin fikirlərini öyrənib. İlk öncə proqramın yüklənmə qaydası və işləmə mexanizminə baxaq.

İstifadəçi AppStore və digər yükləmə yerlərindəndən bu proqramı yükləyir və proqramı açandan sonra bir neçə bildiriş mesajına “OK” düyməsini sıxır. Sonra istədiyi nömrəni (məsələn, özünün və ya sevgilisinin, ailə üzvlərinin və s.) proqramın axtarış bölməsinə yazır və həmin nömrənin müxtəlif telefonlarda hansı ad altında yadda saxlandığını görür.

İndi isə proqramın bu qədər məlumatları necə yığdığına nəzər salaq:

Proqramı yüklədiyinzdə sizdən “OK” basmağınızı xahiş edən bir neçə mesajdan birində təxminən bu sözlər yazılıb:

“Hörmətli istifadəçi, zəhmət olmasa, telefonunuzun adlar kitabçasından istifadə etməyimizə icazə verin. İcazə verdiyiniz halda, bütün kontaktlarınız GetContact-ın serverinə yüklənəcək”.

Bu isə o deməkdir ki, siz kiminsə nömrəsini telefonunuzda məsələn, “Ruslan Səfərov” kimi qeyd etmisinizsə, siz bu proqramda qeydiyyatdan keçənə qədər digər istifadəçilər həmin nömrənin Ruslan Səfərov adlı şəxsə aid olduğunu görməyəcəklər.

Beləliklə, proqramda qeydiyyatdan keçdiyiniz anda telefonunuzda olan bütün kontaktlar GetContact-ın kompüterlərinə yüklənilir və həmin şirkət tərəfindən istədikləri məqsədlərlə istifadə edilə bilir.

Taleh Nehrəmli qeyd edir ki, proqramdan imtina etmək və şəxsi məlumatların proqramdan silinməsi üçün aşağıdakı addımları atmaq lazımdır: “Bu Proqramı artıq yükləmisinizsə, girin proqrama, oradan Settings menyusundan Remove Account bəndinə daxil olun. Çıxan sorğuda OK düyməsini sıxın.

Bu sayta girin: http://bit.ly/get72 öz nömrənizi (bazadan silmək istədiyiniz nömrəni) yazın. Ehtiyac varsa, “robot olmadığınızı təsdiq edin”.

“Unlist” düyməsinə basın.

Açılan pəncərədən “OK” seçin.

Sonra nömrənizi yoxlayıb “Next”i basın. (Nömrəniz +994 50 xxxxxxx formatında olmalıdır).

Telefonunuza SMS ilə kod gələcək. Həmin kodu yazıb “Continue” düyməsini sıxın.

Bu mesajı görsəniz, deməli, nömrəniz silindi: “Success. Your request saved. Please note that it can take up to 24 hours before the number gets removed. Please note that when you start using the GetContact application again with the same number, it will be relisted.”

Beləliklə, görünən odur ki, xüsusi vasitələrlə insanların marağını çəkən bir çox proqramlar, təhlükəli vəziyyətlərə səbəb ola bilər. Ona görə də mümkün qədər bu cür bilinməyət tətbiqlərdən istifadə etməmək məsləhətdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : GetContact 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 18:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com