Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2018
14:24
998
Özünü qız kimi təqdim edib, finala kimi getdi

22 yaşlı  qazaxıstanlı  özünü qadın kimi təqdim edərək gözəllik müsabiqəsində iştirak edib. FaktXeber.com-un Suptnik Kazakhstan-a istinadla istinadla verdiyi məlumata görə, İlay Dyaqilev adlı gənc bu addımı ilə müasir qızların sırınmış gözəllik standartlarına aludə olmasını və artıq bir-birlərinə bənzəməsini göstərmək istəyib.

Bildirilir ki, özünü  Arina  Aliyeva adlandıran gənc Miss Virtual müsabiqəsinə öz fotosunu göndərib. Müsabiqənin final mərhələsində isə İlay kişi olduğunu etiraf etmək qərarına gəlib.

«Mən finala kimi gəldim və hər şeyin daha uzağa getdiyini anlayandan sonra Arina  Aliyeva obrazını ifşa etmək qərarını verdim», -deyə  o, bildirib.

Dyaqilev öz davranışını  müasir gözəllik standartlarından xoşu gəlməməsi ilə açıqlayıb. İlayın  fikrincə, uydurulmuş ideala can ataraq qızlar öz individuallıqlarını ititir və beləliklə də klona çevrilirlər. 

«Mən hər zaman təbii gözəllik tərəfdarı olmuşam. İndi siz özünüz də görürsünüz ki, qızların çoxu  eyni tipli olublar – eyni cürə bəzənir, geyinir və hesab edirlər ki, gözəl görünürlər. Mən belə hesab etmirəm».

Məqalədə : Qazaxıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 05:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status