Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2018
14:03
Azərbaycanda 6 mindən çox POS-terminal ləğv olunub

Azərbaycanda bankomatların ümumi sayı illik müqayisədə 23 ədəd və ya 0,9% azalaraq 2018-ci il yanvarın 1-nə 2 431-ə düşüb. Dövriyyədə olan bankomatların 1 308-ü və ya 53,8%-i Bakı, 1 123-ü və ya 46,2%-i regionların payına düşüb.

FaktXəbər bu barədə Azərbaycan Mərkəzi Bankının illik hesabatına istinadən xəbər verir.

Hesabata ilində POS-terminalların sayı da 6 335 və ya 8,8% azalaraq 2018-ci il yanvarın 1-nə 65 471 ədədə enib. Bunun da 37 068-i və ya 56,6%-i paytaxt, 28 403-ü və ya 43,4%-i regionlarda yerləşdirilib. 

Qeyd edək ki, cari il yanvarın 1-nə ölkədə hər 4,1 min nəfərə bir bankomat, hər 150 nəfərə bir POS-terminal düşüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : POS-terminal 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 20:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com