Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2018
16:14
1550
Dağıstanın hökumət rəhbəri belə həbs olundu - VİDEO

Evində axtarış aparılan Əbdüssəməd Həmidovun həbs olunması ilə bağlı görüntülər yayılıb. Dağıstanda hökumət rəhbəri vəzifəsini idarə edən Həmidovun həbsini FTX əməkdaşları həyata keçirib.

Ə. Həmidovun evində axtarış aparılarkən qızıl tapança və "Kalaşnikov" avtomomat da tapılıb.

****

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Dağıstan hökumətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Əbdüssəməd Həmidovun evində axtarış aparıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "RİA Novosti" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb.

Bildirilir ki, FTX əməkdaşları baş nazirin hər iki müavini Şamil İsayev və Rayudin Yusifovun evində də axtarışa başlayıb.
 
Hazırda Həmidov Dağıstan Respublika üzrə Federal Təhlükəsizlik Xidmətinin binasına gətirilib.
 
Buna qədər yanvarın 25-də Mahaçqalanın meri Musa Musayevə "vəzifə səlahiyyətlərini aşma" maddəsi ilə ittihamı irəli sürülüb.

Məqalədə : Dağıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 19:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status