Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2018
08:46
1187
Respublikanın baş onkoloqu: Xərçəng sağalan xəstəlikdir

Xərçəng xəstəliyi birinci və ya ikinci mərhələdə aşkar olunarsa, onun sağalmasına nail olmaq mümkündür. Ona görə də cəmiyyətdə ayrı-ayrı fərdlər xərçəng xəstəliyi, onun yaranması yolları və ilkin əlamətləri haqqında zəruri biliklərə malik olmalı və özləri bu xəstəliyin vaxtında aşkarlanmasında həkimlərə kömək etməlidirlər.

FaktXəbər-in məlumatına görə, bu fikirlər 4 fevral – Ümumdünya Xərçəng Günü münasibətilə Gəncə şəhərində təşkil olunmuş aksiyada Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Respublikasının baş onkoloqu professor Azad Kərimov tərəfindən səsləndirilib.

Aksiyada iştirak edən sakinlərə xərçəng xəstəliyi haqqında məlumat verən professor Azad Kərimov bildirib ki, hazırda bu xəstəlik qadınlarda süd vəzisində və uşaqlıq boyunda, kişilərdə isə ağ ciyərlərdə və prostat vəzidə, eləcə də bir çox insanlarda mədə-bağırsaq sistemində təsadüf olunur.

Azərbaycanda xərçəngə tutulma hallarının digər ölkələrin statistik göstəriciləri ilə eyni olduğunu deyən Azad Kərimov qeyd edib ki, 35-40 yaşından sonra qadınlar mamoqrafiyadan, kişilər isə prostat vəzinin yoxlanılması üçün qan analizindən keçməlidirlər. Əgər qan analizi zamanı xərçəng xəstəliyi üçün əlamətlər təsbit olunarsa, xəstə dispanser nəzarətində saxlanılıb, tam müayinələrdən keçirilməlidir.

Sonra professor Azad Kərimov aksiyada iştirak edən qadınlara ev şəraitində özlərini müayinə edə bilmələri və diqqət yetirilməsi vacib olan digər hallar barədə faydalı məsləhətlər verib.

Hazırda Azərbaycanda xərçənglə mübarizə üçün hər cür şəraitin yaradıldığını deyən respublikanın baş onkoloqu diqqətə çatdırıb ki, istər Bakıda, istərsə də Gəncə şəhərində xərçəng xəstəliyinin müayinəsi və müalicəsi üçün peşəkar, savadlı həkimlər var. Həmçinin həmin xəstəxanalarda tətbiq edilən müayinə və müalicə metodları dünyanın bir sıra qabaqcıl ölkələrində aparılan üsullarla eynidir. Bununla belə, vurğulanıb ki, xərçəng xəstəliyinin müalicəsində uğur qazanılması üçün həmin xəstəliyin növü, pasiyentin ailə vəziyyəti və hansı mərhələdə müraciət etməsi böyük rol oynayır.

Məqalədə : xərçəng xəstəliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2018 02:32

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru