Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

05 Fevral

2018
08:32
466
Yağış `Barselona`nın planlarını alt-üst etdi - VİDEO

Fevralın 4-də futbol üzrə İspaniya çempionatının XXII turu çərçivəsində dörd oyun keçirilib.

Günün ilk matçında "Xetafe" doğma meydanda "Leqanes"i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.

Günün ikinci qarşılaşmasında "Barselona" komandası "Espanyol"un qonağı olub. Birinci hissədə komandalar fərqlənə bilməyiblər. Görüşün 66-cı dəqiqəsində meydan sahiblərinin heyətində Herard Moreno hesabı açıb. Matçın 82-ci dəqiqəsində Jerar Pike hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq, görüşdə qalib müəyyənləşməyib – 1:1. Qeyd edək ki, bu qarşılaşma güclü yağış altında keçirilib və komandalar meydanda yığılmış gölməçələrə görə tez-tez top itkiləri ediblər.

"Jirona"-"Atletik" oyununda qələbəni meydan sahibləri qeyd ediblər. Belə ki, Kristian Stuaninin görüşün 7-ci və 65-ci dəqiqələrində vurduğu qollar "Jirona"nın qələbəsini rəsmiləşdirib – 2:0.

Günün sonuncu qarşılaşmasında isə "Atletiko Madrid" və "Valensiya" komandaları üz-üzə gəliblər. Komandaların cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Madrid təmsilçisi matçın 59-cu dəqiqəsində istəyinə çatıb. Anxel Korreanın qolu ilə "Atletiko Madrid" 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, hesabında 58 xal "Barselona" turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Atletiko Madrid" 49 xalla ikinci, "Valensiya" 40 xalla üçüncü, "Real Madrid" 39 xalla dördüncü, "Vilyareal" isə 37 xalla beşinci pillədə yer alıb.

Məqalədə : Barselona 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 13:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru