Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2018
10:31
1171
``Playstation`lərə gedən yeniyetmələr bir gün peşman olacaqlar`

Kompüter oyunları gənc və yeniyetmələrin əyləncə metodlarından birinə çevrilib. Belə oyunların yeniyetmələri bir araya topladığı məkanlardan biri “Playstation”lərdir. “Playstation”lər Bakıda da bəzi gənc və  yeniyetmələrin sevimli məkanına çevrilib. Onlar bir-biri ilə yarışmaqdan, bir-birini məğlub etməkdən zövq alırlar.

Ancaq sadəcə əyləncəyə xidmət edən bu oyunların həm insan psixologiyasına mənfi təsiri var, həm də gənclərin vaxtlarını səmərəsiz keçirməsinə səbəb olur.

Psixoloq Ramil Nəcəfli Modern.az-a bildirib ki, belə oyunlar gənc və yeniyetmələrin psixologiyasına çox pis təsir göstərir: “Tələbatdan irəli gəlir. Əlbəttə ki, bu oyunlara münasibətim çox pisdir. Bu məkanları açanları qınayıram. Çünki kütlə enerjisini yanlışa doğru yönəldirlər. Gəncləri və yeniyetmələri səhv yönə istiqamətləndirilər. Lakin bunun da səbəbi boşluqdan irəli gəlir. Gərək daha pozitiv və xoşməramlı ideoloji konsepsiyamız olsun və onun tələblərinə uyğun bir taktik-strateji yönləndirmələr aparılsın”.

Psixoloqun sözlərinə görə, dəyərlərimiz dəyişikliyə məruz qalıb: “Təəsüflər olsun ki, ortada gəncləri yönəldən doğru-dürüst bir ideologiya olmadığına görə bu pərakəndəlikdən istifadə edib, belə klublar yaradırlar. Eyni zamanda, təəssüflər olsun ki, hazırda  dəyərlərimiz dəyişib. Yaxud yeni-yeni dəyərlər formalaşdırılıb. Bu yeni dəyərlərə görə də yeni klublar və yeni analoji yönləndirmələr gedir. Əvvəllər işə yarıyan dəyərlər indi yararsızdır. İndi başqa tələblər var. O tələblərə uyğun təkliflər var. Məsələn, hazırda savadlı olmaq, intellektə sahiblənmək dəyərsizləşir. Nəyin bahasına olursa olsun, tez və sürətli pul qazanmaq kimi bir dəyər gənclərin şüuruna yeridilir. Müxtəlif bədxah klublar yaradılır və ya dərnəklər kütlələrə servis edilir. İnsanların duyğuları ilə alver edirlər. Duyğulara, emosiyalara da baxsan görürsən ki, yeni yaratdıqları o klublar da indiki nəslin kütləvi düşüncə və hisslərinə görə hesablanıb”.

Ramil Nəcəfli bildirib ki, yalnız intellekyönümlü oyunlar oynamaq gənclər üçün xeyirlidir: “Əgər oyunların içində bir intellektuallıq, zehin inkisafı, yaddaş zəifliyinə qarşı və intellektual inkişafa hesablanan oyunlar olsaydı gözəl olardı. Lakin təəssüf ki, belə deyil. “Playstation”lərə gedən gənclər bir gün peşmançılıq çəkəcəklər”.

Məqalədə : Playstation 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2018 02:14

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru