Bakıda 89 Hindistan vətəndaşı sax­­­la­nıl­ıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Fevral

2018
16:46
2133
Bakıda 89 Hindistan vətəndaşı sax­­­la­nıl­ıb

Yanvarın 29-31-i və fevralın 1-də Bakı şəhəri Sabunçu və Binəqədi ra­yon­la­rında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hin­dis­tan Res­pub­­­li­ka­sı­nın vətəndaşları saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, araşdırma zamanı həmin əc­nəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkə­də viza müd­də­ti­nin bit­diyi, 19 nəfərin Azərbaycan Respubli­ka­sına gəlişlərinin bəyan edil­miş məqsədlərini poz­­duq­ları və 1 nəfərin qey­diy­yat ünvanı üzrə yaşamadığı aşkar edil­ib.

Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azər­bay­can Res­­pub­­li­ka­sı­na gə­tiril­mə­sini Hindistan Respublikası vətəndaşı, 22.01.1965-ci il tə­vəl­lüd­lü, Mohammad Sakirin öz həm­­­və­tən­ləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mu­kimkhan və Pa­kistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil et­di­yi mə­­lum olub.

Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycan Respublikasına 14.01.2018-ci il tarixdə işgüzar səfər məqsədi ilə gəldiyi və 20.01.2018-ci il tarixdə Bakı şə­hə­ri, Nə­­­si­mi rayonu, Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanı üzrə olduğu yer üzrə (qəbul edən tə­­rəf: Qə­­dirov Rüşdü Qur­ba­nə­li oğlu) qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar - 26.11.1994-cü il tə­­vəl­lüd­lü P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə 25.11.2017-ci il ta­rixdə da­xil olduğu, Azər­bay­­can Tex­niki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq 27.12.2017-ci il tarixdən 30.10.2018-ci il tarixədək etibarlı olan müvəqqəti yaşama icazəsi vəsi­qə­­si aldığı, 05.03.1985-ci il tə­vəl­lüd­lü Sajid Frazın Azərbaycan Respublikasının vətəndaşı ilə nikah əsa­sın­da 30.04.2018-ci il ta­rixədək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.

Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mo­hamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıblar. O cümlədən digər qrup üzvü “Mun­na” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə 31.01.2018-ci il tarixdə ölkə əra­zi­sini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda sax­la­nıl­ıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yer­ləş­di­rilib.

Qeyd olunan mü­tə­şək­kil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan və­tən­­daş­la­rı­na iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dol­ları məbləğində pul alıb və onların Azər­­baycan Respublikasında leqal­­laş­dı­rıl­ma­sını təmin edə­cək­lərini vəd veriblər. Onlar Azərbaycan Respublikasına gətirilməsini təş­kil etdikləri əcnəbilərdən bəziləri ilə saxta əmək müqaviləsi bağlayıb, neft bu­ruq­­­la­rın­da işə dü­­zəltdiklərinə dair şəkillərini paylaşıb, həmin əcnəbilərə əmək haq­qı adı al­tında 600 manat məb­ləğində ödəniş edib və digər Hindistan vətəndaşları üçün reklam edərək pul qa­zanıb­lar. Təşkilatçılar öz həm­vətən­lə­rini dələduzluq yolu ilə vəsaitlərini mənim­sə­yib və hə­­min əc­nə­bilərin ölkə ərazisində qanunsuz miq­ran­ta çev­ril­mə­lərinə şərait yaradıblar.

O cümlədən Sajid Frazın həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşı, 25.02.1992-ci il təvəllüdlü Fraz (Qasımova) Günel İlqar qızı əcnəbilərin universitetlərə qəbul edilmələrini təşkil edəcəyini vəd edib.

Bundan əlavə, Azərbaycan Respublikasının vətəndaşı, 02.04.1963-cü il təvəllüdlü, Bakı şə­­həri, Xətai rayonu, Naximov küçəsi, ev 10/3B ünvanında qeydiyyatda olan Hümbətov Və­tən Məm­mədəli oğlu və onun qayınanası Azərbaycan Res­pub­li­ka­­sının vətəndaşı, 25.07.1953-cü il təvəllüdlü, Bakı şəhəri, Qara Qarayev prospekti, ev 116, mən­zil 99 ünvanında qeydiyyatda olan Nağıyeva Rəfiqə Qaraoğlan qızı həmin əcnəbilərdən bir qismini Bakı şə­hə­ri, Ramana qəsəbəsində yerləşən ünvanda yaşayış sahəsi verilməsini təşkil edib.

Eyni zamanda digər Azərbaycan Respublikasının vətəndaşı, 26.07.1980-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Musavi küçəsi, ev 22 ünvanında qey­diy­yat­da olan Əsgərova Vəfa Telman qızı həmin əcnəbilərdən 8 nəfərinə Balaxanı qəsəbəsindəki ün­­van­­da yaşayış sahəsi verib.

Qeyd olu­­nan əc­nə­bilərin qanunsuz əməlləri sübuta yetirilib, faktlar öz təs­­di­qi­ni tapıb və mövcud qanunsuz miqrasiya kanalı tamamilə ifşa edilib.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

Məqalədə : Vətəndaş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 09:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com