Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Fevral

2018
16:06
Sürücülərə şad xəbər - Bu halda cərimə olmayacaq

"Yol hərəkəti haqqında" Qanuna edilən və bu gündən qüvvəyə minən əhəmiyyətli dəyişiklik barədə məlumat vermişdik. Bununla əlaqədar ayrı-ayrı mətbuat orqanlarında müxtəlif şərhlər verilir ki, bu da bəzi sürücülərin narahatlığına səbəb olub.

FaktXəbər-in məlumatına görə, bununla bağlı "Avtosfer"ə açıqlama verən Baş DYP İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bir sıra məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə 2016-cı ildə qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsindən nəqliyyat vasitəsini idarə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin, yəni sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi, idarə etmək hüququ verən etibarnamə və icbari sığorta şəhadətnaməsinin həmin nəqliyyat vasitəsini saxlamış YPX əməkdaşına təqdim olunmadığı halda sürücüyə 3 saat vaxt verilməsi barədə müddəanın çıxarıldığı nəzərə alınaraq, ölkə başçısının Fərmanı ilə "Yol hərəkəti haqqında” Qanun da Məcəlləyə uyğunlaşdırılmışdır.

"Onu da qeyd edim ki, Daxili İşlər Nazirliyində tətbiq olunan müasir texnoloji yeniliklər əsasında 3 saat gözləməyə ehtiyac da yoxdur. Çünki artıq xeyli vaxtdır ki, nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan bütün sənədlər barədə məlumatları hər bir əməkdaşımızın istifadəsində olan bort-kompyuterlər vasitəsilə Baş DYP İdarəsinin mərkəzi informasiya sistemindən çox asanlıqla və maksimum 1-2 dəqiqə ərzində almaq olur. Ona görə də sənədləri evdə unutmuş, yaxud başqa səbəblərdən sənədləri özündə olmayan sürücülərin "Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişiklikdən narahatlıq hissi keçirmələrinə heç bir əsas yoxdur. Lakin sürücülərimiz onu da nəzər almalıdırlar ki, əgər nəqliyyat vasitəsini idarə etməyə əsas verən hər hansı sənədlərdən biri haqda mərkəzi informasiya sistemində məlumat mövcud olmazsa və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri müəyyən edilərsə, həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi YPX əməkdaşının yanında deyil, saxlanılması üçün müvəqqəti olaraq mühafizə olunan duracağa göndəriləcək."

Məqalədə : cərimə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 8-ci gününün duası - AUDİO

20

Aprel
20:30
MƏNƏVİYYAT
159

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
225

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
175

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
187

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
321

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
206

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
480

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
242

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
240

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
231

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
220

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
316
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2021 05:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru