- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

(II hissə)
B KOMANDASI PROYEKTİ
1949-cu ildə nüfuzlu Amerika senatorlarından biri prezident Trumana, “Soyuq müharibə” dövrünün böyük hərbi xərclərini əsaslandırmaq üçün, “Amerika xalqını faciəvi şəkildə qorxutmasının vacibliyini” söylədi. Bu MKİ-nin hər zaman xüsusilə öhdəliyinə düşən bir vəzifə idi. MKİ “Qərb Bloku” kəşfiyyatı mövzusunda general Gehlenə möhtac olduğu üçün, lap əvvəldən Sovet ittifaqının hərbi gücünü şişirdirdi.
Səhv məlumatlandırmanın isə kifayət qədər layiqli yolu var. Bunlardan biri, Sovet əsgərinə Amerika əsgəri qədər əməkhaqqı ödənməsi məlumatı idi. Həqiqətdə isə Sovet əsgəri rəqiblərinə nisbətən xeyli aşağı pul alırdı. Bir başqa yalan isə Sovet raketlərinin Amerika raketlərinə nisbətən daha böyük olduğu idi ki, həqiqətdə isə onlar daha primitiv idi. Ya da Sovet ittifaqının raket texnikalarının daha müasir olduğu göstərilərək, rəqibinki ilə müqayisə edilirdi. Əslində isə böyük Sovet raketləri daha çox yanacaq sərf edirdi. Həqiqətdə böyük hissəsi Çin sərhədini qoruyan Sovet ordusunun, bəzi raportlarda Avropanı işğala hazırlaşdıqları iddia edilirdi.
Əslində, MKİ daxilində Sovet ittifaqının qabiliyyətləri barədə xeyli düzgün düşünən təhlilçilər var idi. Ancaq onlara MKİ şahinləri tərəfindən təhlükəli şəxslər kimi baxılırdı. Bu şahinlərdən bəziləri Mövcud Təhlükə Komitəsi (Comittee of the Present Danger - CPD) adlı silah xərclərinin sürətli artımı üçün gizli fəaliyyətlər göstərən və 1976-cı il prezident seçkilərində Ronald Reyqanı dəstəkləyən xüsusi qrup üçün işləyirdi.
1950-ci illərin sonlarından MKİ üçün işləyən Corc Buş, 1975-ci ildə MKİ rəhbəri seçildikdən sonra əsas vəzifələrində biri də “B Komandası” adlandırılan layihəyə nəzarət oldu. Bu layihə prezident Fordun, MKİ təhlilçilərinin Sovet ordusunun gücünü kiçik göstərdiyini irəli sürən və ikinci bir nəzarət tələb edən CPD ilə sağçı qüvvələrə hədiyyəsi idi.
MKİ təhlilçiləri Buşun dəstəklədiyi “B Komandası”nın onlara məxsus məlumatları başqa formaya salmasını xəyanət kimi qiymətləndirirdilər. Halbuki Reyqan 1980-ci il seçkilərində prezident köməkçisi seçərək Buşu mükafatlandırdı. Reyqan prezident seçilən kimi “B Komandası”nın hər bir üzvünü son dərəcə həssas hərbi vəzifələrə təyin etdi və Pentaqonun büdcəsini artırdı.
Buş 1989-cu ildə prezident olduqda MKİ-nin rəhbərliyinə, özü MKİ başçısı olduqda “BKomandası”nı dəstəkləyən qrup lideri Robert Qeytsi gətirdi. Qeyts Reyqanlı illəri Sovet İttifaqının hərbi gücü məsələsində ciddi şəkildə təhrif edilmiş kəşfiyyat yığmaqla keçirdi. Bəlkə də buna görə MKİ Sovet İttifaqının dağılması yönündə öncədən hazırlıqsız idi.
FOTOŞƏKİL KƏŞFİYYATI
12 yanvar 1961-ci il tarixli başqa məlumata görə isə Amerika Fotoşəkil Analiz Mərkəzi 140 MKİ nümayəndəsi, 100 Quru Qoşunları zabiti, 10 Dəniz Qüvvələri zabiti və 7-15 Hava Qüvvələri zabitindən formalaşmışdı. Mərkəz, MKİ rəhbərliyi altında əməliyyatlar həyata keçirirdi və daha çox U-2 kəşfiyyat fotoqrafçılığı ilə məşğul idi. Fotoşəkil kəşfiyyatı böyük siyasi əhəmiyyət daşıyırdı. Beş illik əməliyyat zamanı MKİ həyatları boyunca fotoşəkil kəşfiyyatı həyata keçirmək istəyən çoxlu sayda mütəxəssis yetişdirdi. Mərkəz beş il ərzində heç bir qüsur buraxmadan saysız-hesabsız əməliyyat həyata keçirdi. Bu əməliyyatların nəticəsi olaraq əldə edilən məlumatların bir qismi Xarici İşlər Nazirliyi üçün çox əhəmiyyətli idi. Elmi kəşfiyyat işlərinin əhəmiyyətli müvəffəqiyyətlərindən biri 1972-ci ildəki “Antiballistik Raket” müqavilələri zamanı baş verdi.
Amerika kəşfiyyatı üçün işləyən mühəndis Eugene Poteat karyerasının böyük hissəsini MKİ-nin nəzarətində olan Elm və Texnologiya Nazirliyində keçirdi. Həmin vaxtlar kompyuter yox idi. Fiziki və mühəndis hesablamaları triqonometriyanın dəstəyi ilə hazırlanan cədvəllər, loqarifma cədvəlləri, əllə aparılan mexaniki hesablamalarla edilirdi. Poteat, “Mountain View”dakı Elektrik Müdafiəsi Laboratoriyasında işləyən Dr.Vilyam Perri və Los Ancelesdəki TRW-dan Dr.Albert (Bud) Velanla birlikdə “Melody” sistemini hazırladılar.
Daha sonra bu sistem MKİ-nin “Elint” və “Comint” sistemlərinə yerləşdirildi. “Elint” və “Colint” Xəzər dənizinin İran sahillərində yerləşirdi və rusların hər cür nüvə sınaqlarını izləyirdi. “Antiballistik Raket” danışıqlarının davam etdiyi vaxtlarda Rusiyanın Kazaxıstanda yerləşən Sarı Şaqan poliqonunda raket sınaqları keçirdiyi siqnalları alındı. Ruslar SA-5 raketini sınaqdan keçirmişdi. Cenevrədə “Antiballisitik Raket” müzakirələri zamanı dövrün Amerika xarici işlər naziri Henri Kissincer “Melody” qəbuledicilərindən alınmış bu kəşfiyyat məlumatlarına istinadla SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonun gözünə baxaraq, Sovet İttifaqının “Antiballistik Raket” müqaviləsini pozduğunu açıqlayıb. Ruslar çaşbaş qalıblar.
İNCİRLİK İLK BAZA İDİ
U-2 tipli casus təyyarələri çox yüksək müşahidə qabiliyyətli, yəni təxminən 27 kilometr məsafəyə qədər qalxa bilən təkadamlıq təyyarələrdir. Buna görə də, əksəriyyət vaxt pilotların kosmonavtlar kimi geyinməsi lazım gəlir. Daha çox kəşfiyyat xidmətlərində istifadə üçün fotoşəkil çəkmək məqsədi ilə istifadə edilir. Bu təyyarələrin fəaliyyətləri isə əsasən gizli saxlanılır. Mütəxəssislər yüksək müdafiə sistemlərinə malik bu təyyarələri vura biləcək imkana sahib çox az ölkə olduğunu vurğulayırlar. 1955-ci ildə MKİ-nin hazırladığı bir layihə çərçivəsində hazırlanan bu təyyarələr hərbi baxımdan hələ də əhəmiyyətli hesab olunur. Buna görə də texniki məlumatların başqa tərəfin əlinə keçməməsi üçün qəzaya uğrayan U-2 təyyarəsinin qalıqlarına daha tez çatmaq böyük əhəmiyyət daşıyır.
İndi bəzilərinin 50-dən artıq yaşı olmasına baxmayaraq, U-2-lər dünyanın ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş vəziyyətdədir. U-2-lər istifadəyə verildiyi vaxtdan etibarən uzun müddət Türkiyə Cümhuriyyətinin İncirlik Hərbi Hava Bazasından qalxaraq Sovet İttifaqını müşahidə edib. Bu müddət ərzində istifadə edilən başqa bir baza isə Pakistanın Pişəvər yaxınlığında olub. 1962-ci ildə Sovet İttifaqının Kubaya raket yerləşdirdiyini ortaya çıxaran da U-2-lər olub. İncə və uzun gövdəsi olan təyyarələrin təxminən 30 metrə yaxın planerə oxşayan qanadları var. Hazırda ABŞ, Fransa, Kipr, Səudiyyə Ərəbistanı və Şimali Koreyadakı bazalarda yerləşən 31 ədəd U-2 təyyarəsi olduğu güman edilir. İndiyə qədər isə 7 təyyarənin qəzaya uğradığı və ya vurulduğu bildirilir.
VURULAN U-2 NARAZILIĞA SƏBƏB OLDU
1960-cı ildə hələ təyyarələrin varlığı barədə məlumat olmadığı vaxt U-2 təyyarəsinin Sovet İttifaqı tərəfindən vurulması beynəlxalq böhran yaratdı. 1 may tarixində Türkiyədən qalxıb Pişəvərdən Sovet ittifaqına keçərək Norveçə enməsi planlaşdırılan təyyarə vuruldu. Sağ qalan pilot Qarri Pover isə Sovet əsgərlərinin əlinə keçdi. ABŞ ilk öncə təyyarənin varlığını təkzib etdi və sadəcə Türkiyə-SSRİ sərhədində meteorologiya araşdırmaları aparan bir təyyarəsinin olduğunu bildirdi. Ancaq prezident Eyzenhauer pilotun və uçuş xəritələrinin ortaya çıxmasından və SSRİ rəhbəri Nikita Xuruşovun sərt etirazından sonra çətin vəziyyətə düşdü. ABŞ, SSRİ, İngiltərə və Fransa arasında məhz həmin günlərdə keçiriləcək toplantı böhrana görə təxirə salındı. Pilot Françis Qarri Pover 1962-ci ildə Sovet agenti Rudolf Abellə dəyişdirildi.
FaktXəbər
- 21-02-2019 14:39 Millətçiliyi ayaq altına qoyan qəradərili - MALKOLM X
- 06-02-2019 16:11 Hitlerin yəhudi əsgərləri
- 05-02-2019 11:07 Sənədi itmiş adam nə edə bilər?
- 30-01-2019 16:50 43 milyon müsəlmana 300 məscid… ARAŞDIRMA
- 16-01-2019 16:06 Sovet kosmonavtları Brejnevə qarşı 50 il əvvəl olan sui-qəsddən danışdılar
- 07-01-2019 12:10 Masonlar barədə həqiqətlər və miflər - ARAŞDIRMA
- 27-12-2018 14:43 Ürək ağrısı ilə oxuyacağınız bir yazı və dəhşətə düşəcəyiniz FOTOLAR
- 06-12-2018 16:22 Bir dövr prezident oldu, qanlı müharibə ilə yadda qaldı
- 29-11-2018 15:54 ABŞ-ın "Böyük Gerb"inin sirri və ya Troya atı - ARAŞDIRMA
- 19-11-2018 17:56 Parkinson xəstəliyindən əziyyət çəkən Razi tələbələrinə nə dedi? - ARAŞDIRMA
- 13-11-2018 12:03 Bakının ən qədim bazarı sökülür: yerində... - FOTO
- 12-11-2018 11:34 Müşfiqin məzarı ilə bağlı yeni versiya - "Onu mən dəfn etdim"
- 02-11-2018 15:33 Fələstinin taleyini dəyişdirən məktub: Balfur Bəyannaməsi
- 25-10-2018 14:24 Hüseyn Cavidin həbs olunduğu gecə: üzünə duran NASİR və ələ salan TƏLƏBƏSİ
- 21-10-2018 15:11 Dünya tibb elmində inqilabi nəzəriyyənin banisi olan azərbaycanlı
- 19-10-2018 15:11 Nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovniki
- 11-10-2018 10:20 55 milyon dollara təyyarə alan Zamirə Hacıyeva kimdir? - VİDEO
- 29-09-2018 14:33 Azərbaycanda yüksək ranqlı məmurların, nazirlərin övladları harada çalışır? - SİYAHI
- 21-09-2018 14:32 "Oğlunun başını kəsən ata" saxta videosunun əsl görüntüləri – VİDEO
- 17-09-2018 13:27 Kemp Devid müqaviləsindən 40 il ötür - FOTO
- 14-09-2018 09:55 Sabiq nazirlər nə işlə məşğuldurlar?
- 31-08-2018 22:35 MUSA SƏDR - Qəddafi çağırmışdı, indi bütün dünya onu axtarır
- 06-08-2018 15:20 Qarabağa olan 900 metrlik sevgimizin görüntüləri - FOTO-VİDEO
- 18-07-2018 15:50 II Yelizavetanın Trampla görüşə taxdığı yaxa sancaqlarının sirri - FOTO
- 12-07-2018 12:47 Adnan Oktar tutulmasaydı Azərbaycanda nələr baş verə bilərdi?! - VİDEO-FOTO