Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

02 Fevral

2018
10:46
623
“Əyyamu-Fatimiyə” ilə bağlı ixtilaflara cavab
Neçə gün qeyd olunmalıdır: 3 gün, yoxsa 20 gün?

Bütün dünyada olduğu kimi Azərbaycan müsəlmanları da İslam Peyğəmbərinin əziz qızı Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadəti günlərini qeyd edir. Tarixçilərin yazılışlarında müəyyən qədər fərqlər olduğu üçün imamlar anasının şəhadət günü iki tarixdə qeyd edilir və bu iki tarix arasında olan 20 gün “Əyyamu-Fatimiyə” adlanır. 

FaktXəbər olaraq bu 20 günün necə qeyd edilməsi barədə ilahiyyatçıların münasibətlərini təqdim edirik. 

AİP-in sədr əvəzi, ilahiyatçı Hacı İlham Əliyev: 

Peyğəmbərimizin əziz qızının şəhadəti ilə bağlı iki rəvayət nəql olunub. Hər il cümadiul-əvvəlin 13-ü, cümədiul-axırın 3-ü tarixində Xanım Fatimeyi-Zəhranın şəhadət günləri qeyd olunur. Birinci rəvayətə görə, Peyğəmbərin vəfatından 75 gün sonra, ikincisi rəvayətə görə isə 95 gün sonra Xanımın şəhadəti baş verib. Əhli-beyt (ə) tövsiyə edir ki, hər iki rəvayətə əsasən əza saxlanılsın. Bu iki rəvayət “Əyyamu-Fatimiyə” adlanır.

Böyük şəxsiyyətlərimiz, din xadimlərimiz, alimlər hədislərə əsaslanaraq tövsiyə ediblər ki, möminlər, Əhli-beyt aşiqləri, Peyğəmbər ailəsinə hörmət edənlər 3 gün birinci rəvayətə görə, 3 gün də ikinci rəvayətə əsasən matəm saxlasınlar. Və bunu da qeyd etmək istərdim ki, bəzi şəxslər tərəfindən təbliğ olunur ki, Xanım Fatimə (s.ə) üçün 40 gün əza saxlamaq lazımdır. Ancaq böyük alimlərin tövsiyəsi budur ki, 40 gün - Ərbəin ancaq İmam Hüseynə (ə) məxsusdur. Hətta Peyğəmbərə də bu 40 gün əza saxlamaq qeyd olunmur. Odur ki, hər rəvayətə əsasən 3 gün əza saxlanılması tövsiyə olunur.

İlahiyyatçı Famil Burhanoğlu:

Həzrət Muhəmməd Peyğəmbğərin (s) davranışları həyatımızın örnəyi olduğu üçün bizim də onları tətbiq etməyimiz məqsədəuyğundur. İstər sünni, istərsə də şiə mənbələrində hədis var ki, Fatimeyi Zəhra (s.ə) hər otağa daxil olanda Peyğəmbər ona doğru ayağa qalxardı. Bu hədisin hər bir kəlamı təfsir olunur. Hədisdə “hər dəfə” sözü diqqət çəkir. Bundan başqa “Fatimeyi-Zəhraya doğru” deyilir, sanki onu qarşılayardı. Bu əslində Xanımın böyük məqamını göstərir.

Xanım Zəhranın (s.ə) İslamda dəyəri, insanlıq üçün hansı mövqedə dayanması barədə tarixi mənbələrdə, məsumlardan hədislərdə kifayət qədər məlumatlar var. Bu günləri keçirməkdə nə əldə edə bilərik? İnsanın həyatının əsas hissəsini gərək düşüncə təşkil eləsin. Həyatımız deyib-gülmək, toy-bayramla keçir. Sadəcə, bütün ömrümüz üçün stimul verəcək düşünmə günlərini yaşamaq lazımdır. Quranda buyrulur ki, Allahı ağlaya-ağlaya, yalvarış dolu sızıntı ilə çağırın. Sanki bu ayə ilə bizə belə bir mesaj verir: istəklərinizin içində belə, bu qəm-qüssəni yaşasanız, müəyyən dərklərə nail olarsınız. 

Fatimeyi-Zəhranın (s.ə) vəfat günü ilə bağlı yaranan fərqliliyin səbəbləri barədə onu deyə bilərəm ki, bu, orfoqrafik səhvdən irəli gələn fikir ayrılığıdır. Ərəb dilində eyni hərflərdən nöqtələri götürəndə yerdə qalan orfoqrafik işarə eyniləşir. 70 və 90 rəqəmlərinin orfoqrafsiyasında - “tis-un” və “səb-un” - bunların ikisinin arasında bir 20 günlük ixtilaf yaranır. Sonradan alimlər tövsiyə ediblər ki, hörmət əlaməti olaraq bu müddətdə Fatimeyi-Zəhranın (s.ə) fədakarlıqları, çıxışları, oxuduğu xütbələr, insanlığa örnək həyat tərzi nümayiş etdirilsin, insanlara çatdırılsın. 

Qadın insanlığı tərbiyə edən varlıqdır. Cinsindən asılı olmayaraq bəşəriyyətə insanı ana yetişdirir. Bu cəhətdən bəşəriyyətin hazırda bir ana obrazına ehtiyacı var. Bizim üçün tarixdə Fatimeyi-Zəhra (s.ə) kimi örnəyimiz var. Xanımın bəzən elə xütbələri olub ki, onun fəlsəfi mahiyyəti haqqında Şərqin böyük filosofları, İslam alimləri şərhlər veriblər. Həmin xütbələrin və ona verilən təfsirlərin açılması yaxşı olar.

Məqalədə : Fatimeyi Zəhra 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 07:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru