Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2018
20:50
1231
Azərbaycanda orta məktəblərdə 151 458 müəllim çalışır

Bir qrup gənc müəllimlə görüş keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov görüşdə bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Nazir müavini qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllim işə qəbul olunub və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib: “Bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458  müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir”.

Tədbirdə gənc müəllimlər də çıxış ediblər.

Sonda müəllimlərə “Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib.

Məqalədə : müəllim Təhsil Nazirliyi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 05:12

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru