Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2018
11:21
2634
175-in sürücüsü qapıları bağlayıb sərnişinləri girov saxladı

Yanvarın 30-da 175 saylı sərnişin avtobusunda yaşanan  insident  sərnişuinləri narahat edib. Bir qrup şəxs redaksiyamıza zəng edərək şikayətlərini  dilə gətiriblər.

Axşam saat 7 radələrində Səməd Vurğun bağının qarşısında dayanan 175 saylı avtobusa daxil olan sərnişinlərdən biri basabas olduğuna görə kartı ilə ödəniş edə bilmədib və sürücü ilə vətəndaş arasında qalmaqal yaranıb. Sürücü əsəbi halda sərnişinə irad bildiriəndə 30 yaşlarında olan kişi sürücüyə söyüşlə cavab verib. Bundan möhkəm əsəbiləşən sürücü  söyüş söyən gənc qaçıb getməsin deyə avtobusun qapılarını bağlayıb və polisə zəng edib.  Həddən artıq insanla yüklənmiş avtobusda  təxminən 30 dəqiqə gözləməli olan sərnişinlər  narazılıqlarını bildirib qapını açmağaı tələb etsələr də,  sürücü inadla  qapıları bağlı saxlamaqda və vətəndaşları avtobusun içərisində girov saxlamaqda davam edib.  İşdən yorğun halda çıxıb evinə tələsən insanların hüququnun bu  qədər kobud şəkildə pozulamsına isə  Bakı Nəqliyyat Agentliyindən heç kim reaksiya göstərməyib.

Avtobuslarda  kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə lazımi şəxsi tapıb cəzalandırmaq olardı,  ən az 60 nəfərin əsəbləri ilə oynamaq nəyə gərək idi? Hadisə yerinə gec də olsa, gələn polis işçiləri sürücüyə qapını açmağı  söylədikdən sonra insidentə səbəb olan gənc qaçıb aradan çıxıb.

175 saylı avtobus Bakubus xidmətinin avtobusları ilə əvəz  olunandan sonra əhali rahatlığa  çıxacağına ümid edirdi.  Səməd Vurğun bağının yanından Hövsan qəsəbəsinə  hərəkət edən bu avtobuslarda gedişhaqqı  başqalarından  fərqli olaraq 30 qəpik təşkil edir. Lakin indi avtobusların həcmi böyüdüldüyünə görə bu avtobuslar kənd Hövsana qədər  getmir. Problem bundadır ki, kəndin yolları dardır, burada Bakubus avtobusları rahat manevr edə bilmir.  Kənd  Hövsana  getməli olanlar yarı yolda qalır, başqa bir marşrutla mənzil başına çatmalı olurlar.(Bizim Yol)

Məqalədə : sərnişin avtobusu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
115

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
141

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
90

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
97

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
165

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
107

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
139
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru