Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2018
10:58
1337
Din işləri naziri: Adnan Oktar özünə nəzarəti itirib

Türkiyənin din işlər naziri Əli Erbaş Adnan Oktarın "A9" kanalının fəaliyyəti ilə bağlı fikirlərini səsləndirib. O, qəzet və televiziya nümayəndələri qarşısında çıxış edərkən bildirib ki, həmin kanalın bağlanması lazımdır.

"Bu şəxs vaxtilə yəhudilik və masonluq haqda kitablar hazırlayan bir qrupa rəhbərlik edirdi. O, özünə nəzarəti tamamən itirib. Hətta buna görə cəza da alıb. Həbsinə səbəblərdən biri də Atatürkü təhqir etməsidir. 1980-90-cı illərdə mən çox yaxşı xatırlayıram ki, Atatürkü təhqir etdiyi üçün həbs olunmuşdu, amma indi ən böyük Atatürkçü olduğunu deyir. Din İşləri Nazirliyinin "A9" kanalını bağlamaq səlahiyyəti yoxdur. Səlahiyyət kimdədirsə, o, bunu etməlidir. İnşallah, maşallahlar havada uçur, amma rəqqasələr ortada oynayır",-deyə Türkiyənin din işləri naziri əlavə edib.

Məqalədə : Adnan Oktar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 14:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com